“Topaz”dan oğurluq edən şəxs saxlanıldı

19 Noyabr 2013 13:09 (UTC+04:00)
Oktyabrın 23-də "Topaz" mərc oyunları məntəqəsindən pul oğurlamış Bakı şəhər sakini Ə.Qurbanov tutulub.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, noyabr 18-də Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Rəvan Əmirovun "Topaz" mərc oyunları məntəqəsindən 2000 manat pulu oğurlamış Bakı şəhər sakini Əli Qurbanov tutulub.


AzNews.az