İlham Əliyev avstriyalı həmkarı ilə görüşdü

19 Noyabr 2013 13:48 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev avstriyalı həmkarı Haynts Fişer ilə görüşüb.

AzNews.az-ın AzerTac-a istinadən verdiyi məlumata görə, Avstriyada səfərdə olan İ. Əliyev Vyanada, "Hofburq" Prezident Sarayında həmkarı ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az