Məcid Xodəbəxş Ərdəbil valisi oldu

19 Noyabr 2013 19:55 (UTC+04:00)
İranın Ərdəbil vilayətinə yeni vali təyin edilib. Bu posta Məcid Xodəbəxş gətirilib. Yeni vali bu gün İranın daxili işlər naziri Əbdürrza Rəhmani-Fəzli tərəfindən ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, Mahmud Əhmədinejadın prezidentliyi dövründə Ərdəbil vilayətinin valisi Əkbər Nikzad olub. İranda Həsən Ruhani hökumət başına gəldikdən sonra İranın Azərbaycan və digər vilayətlərinin valiləri dəyişdirilməyə başlanıb.(APA)