Nobel Fondunun sədri İlham Əliyevi təbrik etdi

19 Noyabr 2013 20:03 (UTC+04:00)
Nobel Davamlı İnkişaf Fondunun sədri və qəyyumu Qustaf Nobeldən Nobel Davamlı İnkişaf Fondunun sədr müavini Piter Nobeldən Bakı Nobel İrsi Fondunun sədri Toğrul Bağırovdan Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi və prezidenti Filip Nobel prezident İlham Əliyevə təbrik məktubu göndəriblər.


AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bütün Nobel ailəsinin adından Sizə uğurlar diləyirik.

Zati-aliləri, Sizin güclü rəhbərliyiniz, Azərbaycanı demokratiyaya və inkişafa doğru irəlilətmək səyləriniz yüksək qiymətləndirilməlidir. Dünya ictimaiyyəti, liderlər, xalqlar Azərbaycan, onun şanlı keçmişi və Sizin ali rəhbərliyinizlə möhtəşəm gələcəyi haqqında daha çox məlumatlı olmalıdır. Bütün bunlarla yanaşı, Azərbaycanda həyata keçirilən Nobel layihələrinə göstərdiyiniz dəstəyə görə Sizə bir daha təşəkkür edirik.

Dərin hörmət və ehtiramla, Qustaf Nobel

Nobel Davamlı İnkişaf Fondunun sədri və qəyyumu Piter Nobel

Nobel Davamlı İnkişaf Fondunun sədr müavini Toğrul Bağırov

Bakı Nobel İrsi Fondunun sədri Filip Nobel

Beynəlxalq Nobel Qardaşlıq Fondunun təsisçisi və prezidenti

AzNews.az