Dünya çempionatında iştirak edəcək komandalar

20 Noyabr 2013 08:29 (UTC+04:00)
Ötən gün baş tutan pley-off oyunlarından sonra Braziliyada keçiriləcək dünya çempionatına gedəcək daha 6 komandanın adına aydınlıq gəlib.

Qol.az xəbər verir ki, Avropa zonasından son 4, Afrika qitəsindən isə daha iki yığma mundiala vəsiqə qazanıb.

Bununla da, dünya çempionatında iştirak edəcək komandaların sayı 30-a yüksəlib.

Son iki vəsiqənin sahibinə bu gecə keçiriləcək Yeni Zellandiya - Meksika (İlk oyun - 1:5) və Uruqvay - İordaniya (İlk oyun - 5:0) qarşılaşmalarından sonra aydınlıq gələcək.

Ümumilikdə isə Avropa zonasından 13, Cənubi Amerikadan 6, Şimali Amerikadan 2, Asiya qitəsindən 4 komanda, Afrikadan isə 5 yığma komanda dünya çempionatında iştirak etmək hüququ qazanıb.

Avropa: İspaniya, Almaniya, İtaliya, Hollandiya, İngiltərə, Belçika, İsveçrə, Rusiya, Bosniya və Hersoqovina, Portuqaliya, Fransa, Yunanıstan və Xorvatiya.

Cənubi Amerika: Braziliya, Argentina, Kolumbiya, Çili, Honduras, Ekvador.

Şimali Amerika: ABŞ və Kosta-Rika.

Asiya: Yaponiya, Cənubi Koreya, Avstraliya və İran.

Afrika: Kamerun, Nigeriya, Fil Dişi Sahili, Qana və Əlcəzair.


AzNews.az