31 yaşlı baş nazir yeni hökumət yaradır

20 Noyabr 2013 09:15 (UTC+04:00)
Gürcüstanın baş naziri olmuş Bidzina İvanaşvilinin özünün davamçısı adlandırdığı və yeni prezidentin baş nazir postuna təyin etdiyi Georgi Marqvelaşvili yeni kabinetin siyahısını hazırlayıb.

AzNews.az Gürcüstan mətbuatına isitnadən xəbər verir ki, yeni hökumət yaxın zamanda parlament tərəfindən müzakirəyə çıxarılacaq. Bundan sonra isə B.İvanaşvili siyasətdən birdəfəlik gedərək yerini gənclərə verəcəyini açıqlayıb.

Qeyd edək ki, Gürcüstanını yeni baş naziri də gənc nəslin nümayəndəsisir. Onun cəmi 31 yaşı var. O, bundan əvvəl Gürcüstanın daxili işlər naziri olub.

Elnur
AzNews.az