Aygünlə Röya birinci oldu- Türkiyədə

20 Noyabr 2013 10:55 (UTC+04:00)
Facebookda Türkiyənin məşhur "Diziler" səhifəsinin keçirdiyi sorğuda Azərbaycanın iki böyük sənətkarı Ayğün Kazımova və Röya birinci olub.

AzNews.az "Diziler" səhifəsinə istinadən xəbər verir ki, Azərbaycanın 2 əsas fiquru olan Aygün Kazımovanın və Röyanın şəkilləri səhifənin profilində və örtük şəkilində yerləşdirilib.

Buna səbəb isə səhifədə keçirilən sorğu olub. Belə ki, ən çox səs toplayan sənətçinin səhifənin siması olub.

Bahar
AzNews.az