Naftalanda aeroport tikiləcək

8 Avqust 2012 09:02 (UTC+04:00)


"Hazırda ölkəmizdə 6 hava limanı fəaliyyət göstərir. Bu hava limanları beynəlxalq standartlara uyğundur və onlara beynəlxalq status verilib". Bu barədə yap.org.az saytına müsahibəsində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib. A.Məmmədov deyib ki, Nazirlər Kabineti öz qərarları ilə hava limanlarının beynəlxalq uçuşlara açıqlığını təsdiq edib. "Yenilərinə gəlincə, qeyd etdiyim kimi hələ ki, Naftalanda hava limanının tikilməsi məsələsinə baxılır. Ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindən sonra Xankəndi hava limanının məsələsinə baxılsın" - deyə, direktor vuurğulayıb.

AzNews.az