Elmar Məmmədyarov və türkiyəli həmkarı Ermənistana dəvət olundu

20 Noyabr 2013 13:10 (UTC+04:00)
Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Şurasının Ermənistanda keçiriləcək yığıncağına dəvət olunublar.

APA-nın verdiyi məlumata görə, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib. Toplantı dekabrın 12-də İrəvanda keçiriləcək.

AzNews.az