Alim Qasımov 10 il gözlədiyi nəvəsindən danışdı
20 Noyabr 2013 13:19 (UTC+04:00)
Tanınmış uğam ustası, Xalq artisti Alim Qasımov yenidən baba olub.
Xalq artistinin oğlu Qadirin oğul övladı dünyaya gəlib.
Alim Qasımov bu əziz gününü AzNews.az-la belə bölüşüb:
"Allah hər evə, hər babaya nəvə nəsib etsin. Amin…
Gəlinimin və nəvəmin vəziyyəti yaxşıdır. Həkimlər deyir ki, hər şey əladır. Səhər açılandan bütün ailə üzvlərimiz xəstəxanadayıq. Bütün ailə yeni nəvəyə baxıb. Amma mən hələ baxmamışam. Onlar uşağın necə olmasını mənə deyiblər. Deyirlər k, uşaq çox qəşəngdir və çıqqılıdır. İnşallah mən onun böyüməsini yavaş- yavaş seyr edəcəm".
Xatırladaq ki, A.Qasımov bu əziz günü 10 ildir gözləyirmiş.
Bahar Rüstəmli
AzNews.az