Azad Rəhimov rəsmi səfərə gedir

20 Noyabr 2013 13:34 (UTC+04:00)
Gənclər və idman naziri Azad Rəhimov noyabr 22-də İtaliyanın paytaxtı Roma şəhərində baş tutacaq Avropa Olimpiya Komitəsinin 42-ci Baş Assambleyasında iştirak etmək üçün bü ölkəyə rəsmi səfərə yola düşəcək.

Tədbirdə Komitənin Prezidenti və Baş Katibinin son 1 ildə görülmüş işlərlə bağlı hesabatları dinləniləcək və qarşıda duran vəzifələr müzakirə olunacaq.

Noyabr 23-dək davam edəcək tədbirdə Bakıda 2015-ci ildə keçirilməsi planlaşdırılılan 1-ci Avropa Oyunları ilə bağlı görülən işlər haqqında Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının və Bakı Avropa Oyunlarının Əməliyyat Şirkətinin hesabatları dinləniləcək.

Baş Assambleyada 2013-2017-ci illər üçün İcraiyyə Komitəsinin yeni tərkibi seçiləcək.

AzNews.az