40 mindən çox vətəndaşın sosial sığortası ləğv edildi
20 Noyabr 2013 13:58 (UTC+04:00)
Türkiyədə il ərzində 44 min 260 nəfərin sosial sığortası ləğv edilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.
Məlumatda o da qeyd olunur ki, sosial sığortaların ləğv edilməsinin əsas səbəblərindən biri vətəndaşların iş yerlərində rəsmən qeydiyyatda olmaması olub.
Məlumata əsasən, il ərzində 476 iş yerində reydlər keçirilib və nəticədə bir çox vətəndaşın ümumiyyətlə işdə qeydiyyatda olmadığı aşkarlanıb.
AzNews.az