Sonuncu atletimiz mübarizəyə qoşulur

8 Avqust 2012 09:27 (UTC+04:00)


Bu gün XXX London Yay Olimpiya oyunlarında daha bir atletimiz mübarizəyə qoşulacaq. Bu idman növündə son təmsilçimiz legioner Hayle İbrahimov qaçış zolağına çıxacaq. AzNews.az-ın xezerxeber.com-a instinadən verdiyi məlumata görə, birinci qrupda yer alan legionerimiz 5000 metr məsafəyə qaçışda qüvvəsini sınayacaq. 22 nəfərin mübarizə aparacağı qrupdakı yarışlara Bakı vaxtı ilə saat 14:45-də start veriləcək. Qeyd edək ki, ötən gün olimpiadada debüt edən atletimiz Layeş Abdullayeva 5000 metr məsafəyə yürüşü 32-ci pillədə başa vurmaqla mübarizəni dayandırmışdı.

AzNews.az