Rafiq Hüseynov xəstəliyindən danışdı: “Çoxlu pul lazımdır”

20 Noyabr 2013 14:45 (UTC+04:00)

"Xəstəyəm. Özüm də bilmədən bu baş verib. Axı niyə belə oldu? Bilmirəm nə olacaq".

Bunu AzNews.az-a Azərbaycanın məşhur diktoru Rafiq Hüseynov xəstəliyi ilə bağlı deyib. Hazırda verdiyi analizlərin cavabını gözləyən R.Hüseynov Tibb Universitetinin rektoru, ankoloq, deputat Əhliman Əmiraslanova onun səhhətti ilə maraqlandığı üçün təşəkkür edib: "Analizlərin cavabı gəlsin, görək nə olur. Deyirlər ki, bunun müalicəsi Almaniyada mümkündür. Ona da çoxlu pul lazımdır. Hansı ki, mən ömrümdə o qədər pul görməmişəm".

Xatırladaq ki, Azərbaycanın məşhur diktoru, professor Rafiq Hüseynovda xərçəng xəstəliyi aşkarlanıb.



Bahar Rüstəmli
AzNews.az