Diktatorun uzun yaşam sirri: gənc qanı, gülüş və ...

20 Noyabr 2013 15:03 (UTC+04:00)
Koreya Xalq Demokratik Respublikasının keçmiş lideri Kim İr Sen uzun yaşamaq üçün xüsusi həkim briqadasının xidmətindən istifadə edib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, həkim briqadası liderin 120 il yaşamasının təmin etməli imiş. Həkim briqadasının keçmış rəhbəri Kim So Yen Cənubi Koreyaya qaçdıqdan sonra bu barədə yazdığı kitabda məlumat verib.

Onun sözlərinə görə, diktator öz ömrünü uzatmaq eşqinə 65 yaşında düşüb. 1977-ci ildə o, ölkənin ən yaxşı həkimlərindən ibarət briqada yaradaraq onların qarşısna bu məqsədi qoyub. Həkimlər onun ömrünü uzatmaq üçün təbii vasitələrdən yararlanmaq məqsədilə Şərq təbabətində istifadə olunan 1700 otu öyrənməli olublar.

Həkimlər diktatoru inandırıblar ki, ömrü uzatmaq yaxşı qida və gülüşlə də əlaqədardır. Buna görə də, diktator mütəmadi olaraq gülüş ustalarının , komik aktyorların çıxışlarını dinləyib. Belə proqramlara hətta azyaşlı uşaqlar da cəlb olunurdu.

Ancaq həkimlərin bütün səylərinə baxmayaraq diktatoru 120 il yaşatmaq mümkün olmayıb. 1980-cı ildə o, serebral aterosklerozdan əziyyət çəkməyə başlayıb. 78 yaşında o, ömrünü uzatmaq üçün ona gənclərin qanının vurulmasının tələb edib. Həkimlər onun tələbini yerinə yetirməyə məcbur olublar. Nəticədə diktatorun qan qrupu AB-dən B-yə dəyişib və səhhəti bir qədər normallaşıb.

Ancaq o, 1994-cü ildə 82 yaşında ölümə təslim olub və 120 il yaşamaq arzusunu rellaşdıra bilməyib. Onun oğlu isə 2011-ci ilə 70 yaşında vəfat edənə qədər ölkəyə rəhbərlik edib. Hazırda diktatorun təqribən 30 yaşlarında olan nəvəsi ölkəyə rəhbərlik edir.

Elnarə
AzNews.az