Təyyarədə 24 külçə qızıl tapıldı
20 Noyabr 2013 17:00 (UTC+04:00)
Taylanddan Hindistana uçan təyyarədə 24 külçə qızıl tapılıb.
AzNews.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, Taylanddan Hindistana uçan təyyarənin ayaq yolunda təxmini dəyəri 1 milyon dollar olan 24 külçə qızıl tapılıb.
Lakin iki ayrı bağlamada tapılan qızılın sahibi ortaya çıxmayıb.
Faktla bağlı yerli hüquq-mühafizə orqanları araşdırma aparır.
Elcan Məmmədov
AzNews.az