Qardaş qardaşı öldürdü

8 Avqust 2012 09:46 (UTC+04:00)


Azərbaycanın Qobustan rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 8-də gecə saat 1:00 radələrində Qobustanın Çuxanlı kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Səxavət Mirzalı oğlu qardaşı 1982-ci il təvəllüdlü Hümbətov Səyahəti yaşadığı evdə bir neçə bıçaq xəsarəti yetirərək qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilsə də, qətlin dəqiq səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az