Sabirabadda ev yanıb

20 Noyabr 2013 21:24 (UTC+04:00)
Sabirabad rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, hadisə rayon mərkəzindən 12 km aralıda yerləşən Əsgərbəyli kəndində baş verib.

Nəticədə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin çardağı 60 kv.m sahədə yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

AzNews.az