8 alimə “Gənclər üçün Prezident Mükafatı” veriləcək

20 Noyabr 2013 21:31 (UTC+04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 8 gənc alimin namizədliyini "Gənclər üçün Prezident Mükafatı"na irəli sürəcək.

ANS PRESS-in məlumatına görə, bu barədə AMEA Rəyasət Heyətinin bu günkü iclasında AMEA-nın akademik katibi, müxbir üzv Rasim Əliquliyev bildirib

Onun sözlərinə görə, namizədlər Rəyasət Heyətinin qərarı ilə müəyyən ediləcək. Namizədlər AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, Geologiya, Botanika və Ədəbiyyat institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənən gənclər olacaq.

AzNews.az