Penitensiar xidmətdə rütbə artımı
21 Noyabr 2013 09:00 (UTC+04:00)
Penitensiar xidmətin bir sıra rəhbər şəxslərinin rütbələri artırılıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən trend-ə verilən məlumata görə, Azərbaycan Ədliyyəsinin 95 illik yubileyi münasibətilə ədliyyə naziri I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar xidmətin aşağıdakı əməkdaşlarına ədliyyə polkovniki rütbəsi verilib:
- Vüqar Əsədov - Penitensiar xidmətin Katibliyinin rəisi
- Mübariz Məmmədov - Penitensiar xidmətin Məhkumların əməyinin təşkili şöbəsinin rəisi
- Fikrət Qafarov - Penitensiar xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi.
AzNews.az