Qadını qarət edən cibgiri hadisə şahidləri tutdu, polis isə...- FOTO

21 Noyabr 2013 11:26 (UTC+04:00)
Bir neçə dəqiqə bundan əvvəl Bakıda soyğunçuluq hadisəsi baş verib.


AzNews.az-ın hadisə şahidinin sözlərinə istinadən verdiyi məlumata görə, hadisə "Nəsimi" metrosunun qarşısında baş verib. Yanında uşaq olan bir qadın qışqıraraq imdad istəyib. Ətrafdakılar bir kişinin qadının boyunbağısını oğurlayaraq qaçdığının şahidi olublar:

"Hamı oğrunun dalınca qaçdı. Metronun ətrafındakı uşaq bağçalarından birində onu yaxaladılar. Hələlik polis gəlməyib".

AzNews.az yayılan bu xəbərlə bağlı Binəqədi rayon Polis Şöbəsinin 7-ci Polis Bölməsi ilə əlaqə saxlayıb. Lakin növbətçi hissə faktla bağlı hər hansı məlumat verməkdən imtina edib.

AzNews.az