Vəkili İlhamə Quliyevadan imtina etdi – Özəl

21 Noyabr 2013 13:53 (UTC+04:00)
Bu gün Yasamal Rayon Məhkəməsində xalq artisti Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.


Maraqlıdır ki, iclasda İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva iştirak etməyib. Onu bu prosesdə başqa bir vəkil təmsil edib.

Qeyd edək ki, Şəfiqə Nağıyeva tərəflər arasında keçirilən bundan əvvəlki məhkəmə prosesində də iştirak etməmişdi.

Məhkəmədən AzNews.az-a verilən məlumata görə, hazırlıq iclasında məhkəmə baxışının vaxtı dekabrın 19-ə təyin edilib.

İ. Quliyevanın vəkili Şəfiqə Nağıyevanın köməkçisi isə AzNews.az bildirib ki, Ş. Nağıyeva bu prosesdə İ. Quliyevanı müdafiə etməyəcək:

"Şəfiqə Nağıyevanın icraatında ağır cinayət işləri olduğundan, onun bu iş üzrə məhkəmə prosesinə çıxması vaxt baxımından problem yaradır".

Xatırladaq ki, Nazpəri Dostəliyeva İlhamə Quliyevanı "Mən yemirəm, yedizdirirəm" sözlərinə görə məhkəməyə şikayət edib.

Nazpəri Dostəliyeva buna görə, İlhamə Quliyeva 100 min manat tələb edir.

Bahar
AzNews.az