42 yaşlı atanın bir avtobus uşağı - VİDEO
21 Noyabr 2013 18:42 (UTC+04:00)
Mikroavtobusdan düşən bu uşaqların hamısı bir ailənin üzvləridir. 16 yaşından 1 yaşına qədər boy sırası ilə düzülən bu uşaqlar bacı qardaş, sürücü isə onların atasıdır.
11-i burda, yeni qardaşları isə hələ təzə dünyaya göz açıb və xəstəxanadadır. Bərdədə İsgəndərovlar ailəsinin 11 uşağı var idi. İndi isə 42 yaşlı ata və 34 yaşlı ananın 12-ci övladları da dünyaya gəlib.
"7 ildir evliyik. 12-ci uşaq dünyaya gəldi".
Ata Taleh İsgəndərov yeni doğulmuş körpəni ziyarət üçün 11 balası ilə birgə xəstəxanaya gəlib. "İritutumlu avtobusda gedirik. Başqa maşına sığışmırıq."
Bu uşaqların təlim tərbiyəsi ilə məşğul olmaq nə qədər cətin olsa da ata uşaqların saxlamaqda maddi çətinlik çəkmədiyini deyir. Baxmayaraq ki, yeganə gəlir yeri sürücülükdür. "Saxlamaq çətin deyil, onların ruzisini Allah verir".
Həkimlər həm ana da, həm də yeni doğulan uşaqda heç bir problemin olmadığını bildirir.
AzNews.az