Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisi açılacaq
21 Noyabr 2013 19:11 (UTC+04:00)
Noyabrın 22-dən-27-dək Bakıda Muzey Mərkəzində Dünyanın incəsənət mərkəzləri sayılan: İstanbul, Konya, Aşqabad, Düşənbə, Hamburq, Darmstadt, Los Anceles, Çiqaqo, San Fransisko, Vaşinqton, Nyu-York kimi şəhərlərində sərgiləri keçirilən Azərbaycan Rəssamlar İttifaqının üzvü, əslən İranlı olan rəssam Vədud Müəzzinin əsərlərinin fərdi sərgisi keçiriləcək.
Sərgi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Rəssamlar İttifaqının dəstəyi və "Cənnət bağı" Şirkətlər qrupunun sponsorluğu ilə təşkil edilib.
Müxtəlif mövzularda işlənmiş 110 əsər, eləcə də rəssamın əl işi olan 15-dən çox heykəltaraşlıq nümunəsinin fotoları nümayiş etdiriləcək.
Rəssamlıq və heykəltəraşlıqdan başqa Vədud Müəzzin eyni zamanda müğənni kimi də tanınır. O, "Sarı gəlin", "Misri", "Ana" və s. Azərbaycan xalq və aşıq mahnıları ilə yanaşı muğamlarımızı da ifa edib.
AzNews.az