Paytaxtda mina tapıldı

8 Avqust 2012 12:20 (UTC+04:00)


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda hərbi sursata oxşar şübhəli əşyanın olması barədə "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüb, nazirliyin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birlikdə şübhəli əşyaya baxış keçiriblər. Müəyyən olunub ki, bu "TM-62M" markalı tank əleyhinə təlim minasıdır. Aşkarlanmış sursat aidiyyəti üzrə təhvil verilib. Əraziyə baxış keçirilərkən digər şübhəli əşya aşkar edilməyib.


Mirvari Nəcəf

AzNews.az