Məşhur aktyorun oğlu həbs edildi
22 Noyabr 2013 09:14 (UTC+04:00)
İsveçrə məhkəməsi tanınmış fransız aktyoru Alen Delonun oğlunu həbs edib. Atasının evində silahdan atəş açan oğlan beş ay şərti olaraq azadlıqdan məhrum edilib.
Hadisə 2011-ci ilin iyun ayında baş verib. Alen-Fabien və dostu silahı bir-birindən almağa çalışarkən güllə açılıb və 16 yaşlı qzı qarın nahiyəsindən yaralayıb.
Alen Delonun oğlu ehtiyatsızlıqdan sağlamlığa xəsarət yetirmə, silah saxlama haqqında qanunvericiliyin pozulması və yalan ifadəyə görə təqsirkar bilinir. (anspress)