Milli Məclis bu gün 24 məsələni müzakirə edəcək- Siyahı

22 Noyabr 2013 09:18 (UTC+04:00)
Azərbaycan Milli Məclisinin noyabrın 22-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

Parlamentin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iclasın gündəliyinə 24 məsələnin çıxarılması təklif olunub:

1. "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

4. "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.

7. H.X.Əsədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsindən azad edilməsi haqqında.

8. V.T.Gülməmmədovun Azərbaycan Respublikası Hesablama Palatasının sədri təyin edilməsi haqqında.

9. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

10. "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya"ya düzəlişlərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

11. "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

13. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

15. "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

16. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

17. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

18. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

19. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

21. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

22. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

23. Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

24. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

AzNews.az