Prezidentlər Qarabağ və Suriya məsələsini müzakirə etdilər

22 Noyabr 2013 13:28 (UTC+04:00)
Rusiya Prezidenti Vladimir Putin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan məhdud tərkibli danışıqlardan sonra Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

R.T.Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında deyib: "Atmalı olduğumuz ümumi addımlar mövcuddur. Bu mövzular üzrə apardığımız danışıqlar mövcud məsələlərin nizamlanması üçün bizə platforma, baza yaratmğa imkan verdi".

Baş nazirin sözlərinə görə, Rusiya və Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından regionda öhdəlikləri var.(trend)