XXX London Yay Olimpiya Oyunlarında atletika yarışlarında Azərbaycanı təmsil edən sonuncu idmançı Hayle İbrahimov bu gün qaçış zolağına çıxıb. AzNews.az saytının Apasport.az-a istinadən verdiyi məlumatına görə, 5000 m məsafəyə qaçan milliləşdirilmiş legionerimiz I qrupda yer alıb.
Saat 14:45-də başlayan yarışda ümumilikdə 43 atlet 2 qrupa bölünüb. İbrahimov 22 nəfərlik I qrupda mübarizə aparıb. 1095 start nömrəsi ilə qaçış zolağına çıxan Hayle Azərbaycan Olimpiada tarixində ilkə imza atıb.
5000 m məsafəni 13:25.23-ə qaçan atletimiz finiş xəttinə 1-ci çatıb. Bu isə o deməkdir ki, İbrahimov final mərhələsinə vəsiqə qazanıb. O, ən yaxın izləyicisini 0,41 saniyə qabaqlayıb.
Haylenin bütün rəqibləri II qrupun çıxışından sonra bilinəcək.
AzNews.az