Deputat: “Ölkədə ciddi işlər aparılmalıdır”

22 Noyabr 2013 15:24 (UTC+04:00)
"Ölkədə su anbarlarının mühafizəsi ilə bağlı ciddi işlər aparılmalıdır. Su anbarlarının mütəmadi olaraq çirkləndirilməsi böyük təhlükələr yaradır".

Bu sözləri deputat, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fuad Muradov Milli Məclisin iclasında müzakirə olunan "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya" düzəlişlərin təsdiq edilməsi ilə bağlı müzakirəsi zamanı bildirib. F. Muradov vurğulayıb ki, su anbarlarının mühafizəsinə ciddi yanaşılmalıdır: " Bir neçə il əvvəl su anbarlarının açılması ilə bağlı böyük təhlükə yarandı. Ona görə istərdim ki, bu məsələ gündəmdə olsun. Bu gün su mənbələri və mühafiəzsi dünyanın ən ciddi məsələsidir"- deyə deputat vurğulayıb.

F. Muradov bildirib ki, Ermənistan su mənbələrinin çirklənmədən qorumaqla bağlı üzərinə beynəlxaq öhdəlikləri mütəmadi olaraq pozur. "Çox istərdim ki, müvafiq dövlət qurumları buna ciddi yanaşsınlar və burda öz mövqelərini bildirsinlər. Bizim əlimizdə hüquqi faktlar da, beynəlxaq qanunlara istinad da var".

Deputat İranın Araz çayının çirkləndirməsi və suyun buraxılmasında yaratdığı problemlərlə ilə bağlı səslənən çıxışları dəstəkləyərək bildirib ki, məsələ də ciddi məsələdir.

"Problemin həlli istiqamətində addımlar atılır. Bizim sərhəddəki su ehtiyatalrımızla bağlı diqqətli olmağımız çox vacibdir. Tarixdə böyük müharibələr suya görə baş verib".

AzNews.az