Anar İsa Hüseynovu niyə unudub?

22 Noyabr 2013 15:47 (UTC+04:00)
Azərbaycanın tanınmış qələm sahiblərindən olan xalq yazıçısı İsa Hüseynov və Zöhrab Tahir xeyli zamandır yataq xəstəsidir.

Dünən Yazıçılar Birliyinin sədri Anar bir neçə yazıçı ilə Zöhrab Tahiri evində ziyarətə getdi.

Bəs İsa Hüseynov?

Xalq şairi İsa Hüseynovun həyat yoldaşı Firuzə Hüseynova AzNews.az-a açıqlamasında bildirdi ki, həyat yoldaşına baş çəkən yoxdur:

"Anar müəllim İsaya bircə dəfə zəng edib. Onu da İsa hələ rayonda ağır vəziyyətdə olanda. Ondan sonra nə Anar müəllimin səsini eşitdik, nə də özünü gördük. Qohum, tanışlardan savayı bir kəs qapımızdan girməyib. Hələ qələm dostları, heç birini görmədim. Elə zəmanəyə gəlmişik ki, kiminsə kimdənsə inciməyə də haqqı yoxdur. Hər kəs başını güclə hərləyir. Bəlkə Anar müəllimin heç vaxtı yoxdur, yəqin biz də yada düşərik".

Bahar Rüstəmli
AzNews.az