3 qadın 30 il köləlikdə qaldı- Dəhşət

22 Noyabr 2013 17:00 (UTC+04:00)

İngiltərədə 3 qadının 30 il boyunca bir evdə kölə kimi saxlanmasının detalları ortaya çıxıb.

Kölələrdən biri olan 30 yaşındakı qadının bütün həyatını əsrlikdə keçirdiyi bildirilir.

AzNews.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hadisə İngiltərənin paytaxtı Londonun Lambeth rayonunda qeydə alınıb. 30 il əsr saxlanılan 3 qadın polis əməliyyatı nəticəsində azad olublar. Hadisə ilə bağlı 67 yaşlarında olan ər və arvad həbs olunub.

Polis rəisi Kevin Hyland qurbanlardan birinin 30 yaşında olduğunu və həyatı boyunca əsarət altında saxlandığını, həyatı boyu gün işığı görmədiyini, təxminən 1980-ci illərdə doğulduğunu bildirib.
Hadisə əsrlikdə olan 57 yaşındakı irlandiyalı qadının təsadüfən telefonla bir quruma zəng etməsi nəticəsində ortaya çıxıb.

"Freedom Charity" adlı qurumun polisə xəbər verməsindən sonra polis əməliyyat keçirib. Evdə 69 yaşında bir malayziyalı, 57 yaşında bir irlandiyalı və 30 yaşında bir ingilis qadın tapılıb. Hadisə ilə bağlı istintaq aparılır.

Polis hadisənin bir şəbəkə işi olduğunu güman edir.

Elman
AzNews.az