Ruhani Qərbə xəbərdarlıq edib

22 Noyabr 2013 19:34 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani Qərbə xəbərdarlıq edib.
APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, H.Ruhani bildirib ki, İran bölgədə dinclik və sabitlik istəyir: "Əgər İranla "altılıq" ölkələri arasında müzakirələr müvəffəqiyyətlə nəticələnsə, bundan bölgə və bütün dünya faydalanacaq. Bəziləri terror, qarşıdurma və çaxnaşma yaradaraq məqsədlərinə çata biləcəklərini hesab edirlər. Ancaq həmin qüvvələr yenə də öz proqnozlarında səhv edirlər".

İran prezidenti deyib ki, Qərblə müzakirələrdə "hərbi variant masa üzərindədir" təhdidinin heç bir təsiri olmayacaq: "İran xalqı heç bir zaman milli mənafeyindən və haqlarından, həmçinin müəyyənləşdirdiyi "qırmızı xətlər"dən geri addım atmayacaq".

AzNews.az