Tehranda Suriya konfransı

8 Avqust 2012 14:31 (UTC+04:00)


Rəsmi Tehran Suriya problemini sülh yolu ilə həll etmək niyyətinə düşüb. Beləki, sabah – Avqust 9-da Suriyada silahlı qarşıdurmanın sülh yolu ilə tənzimləmə yollarını müzakirə etmək məqsədiylə beynəlxalq konfrans təşkil edəcək.

AzNews.az – ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, konfransda Rusiya da təmsil olunacaq. Adı keçən ölkənin xarici işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata Rusiyanı konfransda İrandakı səfir təmsil edəcək.

Bundan əlavə mətbuat xidməti Rusiyanın konfransda sərgiləyəcəyi mövqeyədə aydınlıq gətirərək bildirib ki, " biz Suriya probleminin həllini qarşılıqlı anlaşma və dialoq yolunda görürük və silahlı toquşmaların dərhal dayandırılmasının tərəfdarıyıq. Biz Annan planını da məhz bu səbəbdən dəsdəkləyirdik".Qeyd edək ki, İran xarici işlər nazirliyi artıq region dövlətlərinə konfransla bağlı dəvətnamə göndərib.


Sadiq

AzNews.az