Müdafiə Nazirliyinin hərbi qulluqçusu qəzaya düşdü

23 Noyabr 2013 09:18 (UTC+04:00)
Bakıda hərbi qulluqçunu avtomobil vurub.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. "QAZel" markalı avtomobil yolu keçən piyada, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elnur Adışirin oğlu Cəfərovu vurub.

Piyada ağır bədən xəsarətləri ilə Baş Klinik Hərbi Hospitala yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az