Deputatların yazışmaları ələ keçirildi- Haker hücumu
23 Noyabr 2013 15:00 (UTC+04:00)
Haker Avropa Parlamentinin kompüter sistemini sındıraraq deputatların yazışmaları ilə bağlı məlumatları ələ keçirib. Milli.az bildirir ki, həmin haker aylar ərzində məmurların yazışmalarını izləyib.
Həmin haker Avropa Parlamentinin binasının yaxınlığında ev kirayələyərək yaşayıb. Bu səbəbdən qurumun simsiz şəbəkəsindən asanlıqla istifadə edə bilib.
AzNews.az