Qardaşı qızı ilə evlənən əmi 18 il sonra boşandı- Foto

23 Noyabr 2013 17:00 (UTC+04:00)
Türkiyənin Adana bölgəsində bir ailənin nikahı ər-arvadın sənədlərdə əmi-qardaş qızı kimi göstərilməsi səbəbindən ləğv edilib.

Bahattin Alto adlı şəxs uzun müddətdir ki, həyat yoldaşı olan əmisi qızı sənədlərdə əmi-qardaş qızı kimi göstərilib. Bunu əsas götürən məhkəmə nikahın ləğvi barədə qərar çıxarıb.

40 yaşlı Bahattin Alto əmisinin 32 yaşlı qızı Semire Alto ilə evli olub. Ancaq təsadüf nəticəsində məlum olub ki, əmi uşaqları olan ər-arvad sənədlərdə "əmi-qardaş qızı" kimi görünür. "Sənədlərə səhv qeyd olunub. Səmirə mənim qardaşım qızı deyil, əmim qızıdır. Biz təkrar evlənmək istəyirik" deyə B.Alto bildirib.

Qeyd edək ki, cütlüyün 6 övladı var. 4 il davam edən məhkəmə prosesinə səbəb olan qeydlər isə B.Altonun anasının vəfat etməsi səbəbi ilə yaranıb. Anası öldüyü üçün ata nənəsi B.Altonu öz övladı kimi qeyd etdirib. Bu isə ailə üçün problemlər yaradıb.

Elnur
AzNews.az