Şəhərin mərkəzində qadınlar üçün maraqlı məkan – FOTO

23 Noyabr 2013 12:18 (UTC+04:00)
Burada hər şey qadınlar üçündür. Onların istirahəti, qidası, çəkisi və ən əsası gözəlliyi üçün hər xırda detal düşünülüb. Nəticədə istənilən qadın burada özünü evində olduğu qədər rahat hiss edir. Başqaları ilə qaynayıb-qarışmaq, dərdləşmək hətta ən sevimli məşğuliyyəti - qeybətləşmək imkanı əldə edir. Qadınların elə bir problemi yoxdur ki, burada onun çarəsi tapılmasın...

Xoşbəxt qadın olmağın sirri


Söhbət Sultan Saba Spa-Clubundan gedir. Bu Klubun abonentləri yeni həyata başlamaq istəyənlərdir. Burada həyat tərzi dəyişməyə hazır olan qadınlar üçün hər cür şərait qurulub. "Qadını xoşbəxt etmək üçün onun bütün ətrafını xoşbəxt etmək lazımdır" – deyən Spa Mərkəzin koordinatoru Karmen Patraşcu qadınlar üçün xoşbəxt mühit formalaşdırmağa çalışdıqlarını və buna nail olduqlarını bildirib. Nəticədə artıq neçə ildir ki, eyni adlı mağaza ilə qadınlara xidmət göstərən bu ad artıq xidmət sahəsini genişləndirib.

Nəticədə bir mağaza ilə başlayan "Sultan Saba" artıq qadınlar üçün hər şeyin cəmləşdiyi məkana çevrilib. Qidadan tutmuş istirahətə, çəki salmaqdan başlamış gözəlləşməyə qədər hər sualın cavabı var burada: "Bir anlıq özünüzü dağ şəlaləsinin yamacında hiss edin, yüngül meh yavaşca saçlarınızı oxşayır, zərif səhər şehi isə zərif üzünüzə, əllərinizə, ayaqlarınıza təravət bəxş edir.

"Sultan Saba Spa-Club"-u yaradarkən biz təbiətin balansından, sehrli mərasimlərdən və mükəmməlliyin xüsusi prinsiplərindən ilham almışıq. Sultan Saba Spa-Clubda bədənin və ruhun tam ahənginə nail olacağınız, istəklərinizi dinləyə biləcəyiniz və böyük şəhərin səs-küyündən dincələ biləcəyiniz xüsusi bir dünyadır. Unutmamalıyıq ki, sağlam beyin balansı, bədən və ruh rifahının ümumi yüksəkliyinə səbəb olur".

Problemlərə peşəkar münasibət Bura üz tutan qadınlar öncə koordinatorla görüşür. Karmen Patraşcu söhbət əsnasında müştərilərinin həm psixoloji durumuna, həm görkəminə göz gəzdirir. Qadına nə lazım olduğuna dair həm peşəkar mövqeyi, həm də müştərinin özünün istəkləri nəzərə alınaraq bir proqram tərtib olunur: "Bizə müraciət edən qadına məsləhətlərimizi veririk. Ola bilər ki, qadının özünün istəyini mütəxəssis olaraq lazımsız hesab edə bilərik.

Məsələn, qadının arıqlatmaq istədiyi hər hansı bir yerində biz mütəxəssis olaraq qüsur görmərik. Xanımlarımıza öz fikrimizi bildirir və təkliflərimizi veririk. Onunla ortaq bir proqram tərtib edirik. Burada tətbiq edilən hər bir proqram fərdidir".

İndiyədək əldə olunan uğurlarda "Sultan Saba Spa-Club"un mütəxəssis seçiminin də böyük rolu var. Peşəkarlara verilən üstünlük indi işin keyfiyyətində özünü göstərib. Seçim prosesində təhsilli kadrlara önəm verilib. Buna baxmayaraq, seçilənlərə də 2-3 ay ərzində əlavə kurs keçilib. Həmin kurslarda Spa-Clubun standartları aşılanıb.

Onlardan nə tələb olunduğu, nəyi necə etmələri, həmçinin hədəflər göstərilib. Heyət xidmətə hazır vəziyyətə gətiriləndən sonra – bu ilin martında Spa-Clubun açılışı olub. Qonaqlı-qaralı keçən açılış mərasimindən sonra tam qüvvə ilə işə girişən qadın heyət öz işi ilə kluba üzvlər cəlb edib. O vaxtdan keyfiyyət, rahatlıq, doğru bilgi, uğurlu nəticə onların şüarı olub. Odur ki, cəmi 9 ay keçməsinə baxmayaraq, Spa-Clubun 100-ə qədər abonenti var.

Gələrsiniz, görərsiniz...


Biz də gedib gördük. "Sultan Saba" adlı mağazadan keçdik. Aşağı – Spa-Cluba enəndə isə 2 yol ayrıcında qaldıq. Burada 2 bölüm var. İnsanın sözün əsl mənasında yol ayrıcında – seçmək kifayət qədər çətin olan seçim qarşısında qoyan bu bölümlər biri-birindən cəlbedici görünür. Aktiv həyat tərzi istəyənlər üçün burada idman və rəqs, individual və qrup dərsləri təşkil olunub: trenajor, ayrobrika, rəqslər, yoqa, hovuz, sauna, hamam , su gimnastikası... Deyirlər ki, hərəkət, dinamika burada əsas şərtdir.

Kluba üz tutan hər kəs üçün idman məcburidir. Hər bir şəxs azı 1 saat idman eləməlidir. Odur ki, Sultan Saba Spa Club - sağlamlıq mərkəzi 2000 kvadrat metrlik sahədə Technogym trenajorları ilə təchiz olunmuş idman zalı , fitness studiyası, hovuz, xüsusi müalicə üsulları ilə buxar hamamı, fin saunası, hovuzun yanında istirahət sahəsi , tualet və duş ilə tam təchiz olunub. Sərfəli təkliflər Həm fərdi, həm də qruplar üçün professionallar ilə fərdi proqramlar təşkil edilib. Artıq çəkidən azad olmaq, yaxşı fiziki formaya sahib olmaq, balanslaşdırılmış daimi nəzarət altında formada qalmaq çox asandır.

Spa-Clubda əmindirlər ki, bədənin, beynin və ruhun harmoniyasına istirahət və cavanlaşma vasitəsi ilə nail olmaq mümkündür. Sultan Saba Spa - klubunun üzvlük proqramlarında, siz sağlam bir şəkildə arıqlamaq, üz və bədən gözəlliyini qorumaq və yaxud əhvalınızı qaldırmaq üçün itirilmiş gücünüzü bərpa edə bilərsiniz. Sultan Saba klubunun üzvlük proqramına 3 əsas təklif daxildir: Gold təklif: fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamam, həmçinin Fit&Fun qrupunun bütün proqramları.

Basic təklif: fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamam


Fit&Fun təklif: bütün qrup dərsləri daxildir : aerobika, pilates, Zumba rəqsləri, şərq - oriental rəqsləri, həmçinin bədən tərbiyəsi.


O həm də distribüterdir "Sultan Saba" 2 gözəllləşdirmə və arıqlama məhsulunun Azərbaycandakı yeganə distribüteridir. "La Sultan De Saba", "Aroma Derm", "STİX" dünyanın ən məşhur arıqlama və gözəlləşdirmə məhsuludur.


Daha bir müqavilə üçün isə hazırlıqlar tamamlanıb. Dibromasaj, Vakuum stan vak, presoterapi aparatları gətirilib. Hətta dərini sıxlaşdıran Vakuum Stan Vak yalnız "Sultan Saba"da var.

Eyni keyfiyyətlə dərini sıxlaşdıran hər hansı xidmət başqa bir yerdə mümkün deyil. "Sultan Saba"da gözəlləşdirmənin min bir yolu var və onlardan biri də yosunlardır. K.Patraşcunun sözlərinə görə, Spa-Clubda çox çeşiddə yosunlar var. Həmin yosunlardan qadınlarda silluletin, dəridə çatların, yağlılığın qarşısının alınmasında istifadə olunur.

Masaj rahatlığa gedən yoldur


Masaj rahatlanmaq üçün çox vacibdir. "Sultan Saba"da hər bir şəxsə uyğun masajlar seçilir. Ümumiyyətlə isə, burada çox maraqlı masajlar edilir. Məsələn, Uzaq Şərq, özəl bambuk, daş, büllur, Şirodara, klanq masajları istənilən şəxsə rahatlıq gətirir. K.Patraşcu deyir ki, müştərilərin saçı, üzü, dırnaqları ilə xüsusi işlənilir. Refleks masajları ilə əl və ayaqlar rahatlayır.

PRP sistemi üz, saç və bütövlükdə vücudda hüceyrələrin yenilənməsinə nail olunur. Koordinatorun sözlərinə görə, gözəllik üçün maskalar, üzə qulluq vasitələri dəriyə xüsusi sevgi ilə çəkilir: "Sevgi olmadan heç nə olmaz".

Azərbaycan qadınları saç və dırnaq həvəskarıdır


Fəaliyyətdə olan qadın salonu saç və dırnaqlara xüsusi qulluq təklif edir. Peşəkarların təklif etdiyi bu vasitələr müştərilər tərəfindən yaxşı qəbul olunur. Milliyyətcə ispan olan Rumıniya vətəndaşı Karmen Patraşcu hesab edir ki, salonun işinin çox olmasından da görünür ki, Azərbaycan qadınları saç və dırnaqlarının baxımlı olmasına çox önəm verirlər:

"Məncə, Azərbaycan qadını Avropanın ən gözəl qadınıdır. Olduğum şəhərlərdə də qadınlarınızı fərqləndirirlər. Məsələn, bir mağazaya daxil olanda baxımlı, bəzəkli olmasından dərhal Azərbaycandan olduğunu təxmin edir və yaxşı alış-veriş edəcəyini təxmin edirlər. Bura gələn qadınların da hamısı görünüşünə diqqət yetirir. Dikdaban ayaqqabıda və daim bəzəkli olurlar. Bu da göstərir ki, sizin qadınlarınız baxımlıdırlar. Saç və dırnaqları ilə isə xüsusi maraqlanırlar. Mağazamızda da ən çox maskaları və dırnaqlara qulluq vasitələri daha çox satılır. Bir Amerikada, bir də Azərbaycanda dırnaqların gözəlliyinə fikir verirlər. Ancaq Türkiyədə belə deyil".

Qadınların həvəs göstərdiyi sahələrə Spa-Club da diqqətini artırır. Belə ki, dünyanın ən məşhur dırnağa qulluq vasitəsi olan MİNX-in də distribüteri məhz "Sultan Saba"dır. Spa-Clubun gözəllik salonunda yapon manikürü də edilir ki, bu da qadınların ən çox həvəs göstərdiyi manikürdür.

Düzgün qida gözəlliyin əsas şərtidir Gözəlləşməyin əsas vasitələrindən biri də düzgün qida rasionu və vaxtıdır. K.Patraşcunun sözlərinə görə, qida qadağası insanı stressə salır: "Ona görə də, heç vaxt nəyisə "yemək olmaz" demirik. Deyirik ki, istədiyiniz hər şeyi yeyə bilərsiniz.

Ancaq bunun üçün zamanı və miqdarı düzgün seçmək lazımdır. Bu zaman qidaların kombinasiyası da vacibdir. Gün ərzində heç nə yemədiklərini deyən xanımlarımız axşam portağal şirəsi, ya da üzüm yeyir. Bu, səhvdir".

"Sultan Saba"da müştərilərə məhz bu aşılanır. Fəaliyyətdə olan "Slim Cafe" də gün ərzində sağlam, təbii, rəngarəng qidalar təklif olunur. Qadınlar burada rahatca yeyir və ən əsası necə yeməyi öyrənir.

Gözəl qadın təmiz enerjiyə sahib olmalıdır


"Sultan Saba Spa-Club"unun üzvləri yalnız zahiri gözəlliyı ilə deyil, daxili rahatlığı, yüksək enerjisi ilə də fərqlənir. Yoqa məşğələləri, meditasyon və vezalivasiya keçilir. Müştərilərin enerji nöqtələri üzərində işləyən mütəxəssislər onların rahatlıqlarını da təmin edir, neqativ enerjini təmizləyirlər.

Xidmət bahalı deyil Koordinator hesab edir ki, burada xidmət keyfiyyət nəzərə alınarsa, bahalı deyil. Üzvlük klubu və fərdi təklifləri olan "Sultan-Saba"da üzvlük proqramı təklif olunur.

Məsələn, "Gold təklif"də - fitnes-studiya, hovuz, istirahət sahəsi, sauna, hamamdan 3 aylıq abunə haqqı 600 manat ödəməklə istifadə edə bilər. Fit&Fun qrupunun bütün proqramlarını seçənlər fitnes-studiya, hovuz ,istirahət sahəsi, sauna, hamamdan istifadə hüququ əldə edir ki, onun da qiyməti 600 manatdır.

Qeyd edək ki, burada ən azı 3 aylıq abonentlik təklif olunur. Mütəxəssislər hesab edir ki, bura gələn qadınlar yeni həyat tərzinə başlayırlar və buna alışmaları üçün 3 ay mütləqdir. 6 aylıq və illik abunə xidmətləri də təklif olunur ki, onların da qiyməti 1000 və 1800 manatadək yüksəlir.

Hədəfləri isə böyüməkdir


Böyüyüb zəncir yaratmaq, hətta klinika açmaq istəyirlər. Klinikanın fəaliyyətə başlaması üçün hazırlıqlar başlayıb. Lakin hələ düşüncə şəklində olan daha bir layihə də düşünürlər ki, onun içində kişilər də olacaq: "Kişilərin də üzv ola biləcəyi Spa-Club yaratmaq planımız var. Ancaq bu klinikadan sonrakı planımızdır. Bu bir ilk – sınaq idi. Artıq bu təcrübədən istifadə edərək işimizi genişləndirəcəyik".

Hər bir uğurumuz komandamızındır


Koordinator Karmen Patraşcu deyir ki, nə əldə ediblərsə, bu, hə birinin uğurudur. Menecerimiz axtarır, ən yaxşısını tapır və biz onu tətbiq edirik. Məsələn, bir məhsul barədə öyrənən kimi mənə deyir və biz o məhsulu tapıb gətirir və tətbiq edirik.

Müştərimizə hər hansı prosedurun tətbiqi zamanı onu bütün komanda diqqətdə saxlayır, hər bir dəyişikliyi nəzərə alır və müzakirə edirik. Bütün yeniliklərə açıq olmağımız və komanda şəklində çalışmağımız da uğurumuzun açarıdır.

Ruhiyyə
AzNews.az