Təyyarə kitabxana oldu
23 Noyabr 2013 18:22 (UTC+04:00)
Çankırı Bələdiyyəsinin "Türk Hava Yolları"ndan aldığı "Airbus A 300" tipli sərnişin təyyarəsi bundan belə kitabxana olaraq istifadə ediləcək.
375 nəfərlik sərnişin tutumu olan təyyarə geniş ölçülərə malikdir. Təyyarədə eyni zamanda 150 şagirdin kitab oxuması üçün şərait var. Təyyarə bundan belə həm kafe, həm də kitabxana kimi fəaliyyət göstərəcək.
Çankırı Bələdiyyə başqanı İrfan Dinç jurnalistlərə verdiyi açıqlamada "Airbus A 300" təyyarəsini satın aldığını bildirib. Dinçin verdiyi məlumata görə, təyyarə hissələrə bölünmüş halda 5 tır vasitəsilə ilə gətirilib.(Axar.az)