Cenevrədə üçtərəfli görüş keçirilir

24 Noyabr 2013 00:02 (UTC+04:00)
Cenevrənin Intercontinental otelində Rusiya, İran və Çin XİN rəhbərləri Sergey Lavrov, Cavad Zərif və Van İ arasında üçtərəfli görüş keçirilir.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl İranın nüvə problemi üzrə "altılıq" ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutmuşdu. Görüşdə Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya XİN rəhbərləri və "altılığın" əlaqələndiricisi, Avropa Birliyin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da iştirak ediblər.

Qeyd edək ki, həmin görüşdə İran nümayəndəsi iştirak etməyib.

Xatırladaq ki, "altılıq" ölkələrinin İranın nüvə problemi üzrə danışıqlar prosesinin növbəti raundu Cenevrədə noyabrın 20-də başlanıb.

AzNews.az