Prezident oğlunun “Qara qutu"su - Şok faktlar

24 Noyabr 2013 20:32 (UTC+04:00)
AzNews.az RIA. RU - ya istinadən xəbər verir ki, Kazanda baş verən faciəli aviaqəzanın səbəblərini araşdıran Beynəlxalq Aviasiya komitəsi "qara yeşiklər"in şifrələrini açdıqdan sonra məlumat yayıblar ki, ekipaj təyyarəni eniş vəziyyətinə gətirərkən bir sıra səhvlərə yol veriblər.

Onlar təyyarəni yenidən yuxarı qaldıraraq ikinci dövrə vurmaqla səhvlərini düzəltməyə çalışıblar. Bu cəhd uğurlu alınmayıb. Görünür pilotlar təyyarənin burnunu çox yuxarı qaldırdıqlarına görə yuksəkliyi əldə edə bilməyiblər. Buna görə təyyarə sürətini itirib və burnu üstə yerə çırpılıb.

"Təyyarə qəzaya uğrayana qədər bütün sistemləri düz işləyib" - deyə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın mülki aviasiyasında, xüsusilə ekipajın komandir heyətində təcrübəli pilotların çatışmazlığı hiss olunur.

Kazanda nə baş vermişdi?

Ötən bazar günü, 17 noyabrda Moskvadan uçan "Tatarıstan" aviakompaniyasına məxsus , Boeinq 737 sərnişin təyyarəsi Kazanda eniş edən zaman qəzaya uğrayıb. Qəza zamanı 6 ekipaj üzvü olmaqla 44 sərnişinin hamısı həlak olub. O cümlədən təyyarədə olan Tatarıstan prezidentinin oğlu İpək Minnixanov və Tatarıstan FTX (Federal Təhlükəsizlik Xidməti) idarəsini rəhbəri Aleksandr Antonov da həyatlarını itirib.

Əli
AzNews.az