Müxalifət təhlükəsizlk xidmətini ifşa etdi: çoxlu sayda dinləmə cihazı tapıldı- VİDEO (Yenilənib)

26 Noyabr 2013 08:14 (UTC+04:00)
Meydanlarda etirazları davam etdirən aksiyaçılar isə bu gün gecə Kiyevdə təhükəzilk xidmətinə aid avtobusda çox sayda dinləmə cihazı ələ keçidiklərini bildiriblər.

Həmin əşyalar bu gün xarici ölkə səfirləri və jurnalistlərə nümayiş etdiriləcək. Bu barədə məlumatı müxalifətçi Oleq Taqnibok verib.

Avtobus Avropa meydanına yaxın ərazidə dayanıb. Aksiyaçılar həmin ərazidən keçəndə onların mobil telefonları işləməyib və dinlənmə barədə ilkin şübhələr də bu zaman yaranıb.

ICTV kanalında çıxış edən Taqbibokun sözlərinə görə, avtomobil olduqca gözəl maskalanıb:

"İçəridə Avropa Birliyinin bayrağı, mavi-yaşıl lentlər olub. Onlar bu avtomobili yaxşı maskalayıblar, anca içəridə təhlükəsizlik xidməti əməkdaşları olub. İçəridə silah, naməlum aparat olub. Mitinqçilər avtobusdan br neçə çamadan, kompyuterlər, xüsusi aparat götürüblər".

Bütün bu cihazların dinlənmə üçün istifadə edildiyi bildirilir.

***
25.11.2013
21:59

Ukraynada 2 gündür ki, davam edən kütləvi aksiyalardan sonra prezident Viktor Yanukoviç geri addım atıb.

O xalqa müraciət edərək xaqlı şəxsən onu dinləməyə çağırıb. "Mən xalqımın mənafeyi əleyhinə heç bir addım atmaram. Ukrayna xalqının iradəsi mənim qərarım üçün də həlledici olacaq" deyə prezident xalqı əmin edib.

Qeyd edək ki, müxalifət sabah Ukraynada ümumxalq tətili keçirmək üçün müraciət edib. Yanukoviçin xalqa müraciəti bu tətilin qarşısını almağa yönəlib.

Elnarə
AzNews.az



***
11:36

Ukraynanın "Avromeydan" adlanan meydanında keçirilən etiraz aksiyası səngimir.

Xüsusi təyinatlıların mitinqə müdaxiləsinə baxmayaraq meydanı boşaltmaq mümkün olmayıb. Etirazçılar barrikada quraraq meydanda qalacaqlarını bildiriblər.

Polis müxalifətin meydandakı çadırlarına yaxınlaşmaq istəsə də, aksiyaçılar buna imkan verməyib. Canlı divar yaradan aksiyaçıların müqaviməti ilə üzləşən polis insan barrikadasını yara bilməyib. Bir müddət sonra ərazidə nəqliyyatın hərəkəti bərpa olunub.

Qeyd edək ki, Ukraynanın Eurovison qalibi Ruslana aksiyaya gələrək, iştirakçılar qarşısında çıxış edib.



***
09:18
Ukraynanın Avropa Birliyinə intqerqasiyasını nəzərdə tutan sazişin imzalamayacağı bildirildikdən sonra keçirilən kütləvi aksyalara polis müdaxiləsi olub.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 1000 nəfərə yaxın xüsusi təyinatlı Kiyevin meydanında toplaşan aksiyaçılara qarşı zor tətbiq edib. Xüsusi təyinatlılarla aksiyaçılar arasında qarşıdurma olması barədə də xəbərlər yayılıb.

Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Mitinqin keçirildiyi ərazidə işıqlar söndürülüb, əraziyə 5 avtobus xüsusi təyinatlı gətirilib. Döyülənlər arasında Ali Radanın deputatları Vitali Yarema və Andrey Parubiy da var. Onun hətta barmağı da sındırılıb.

Aksiyaçılar meydanlarda çadır quraraq etirazı davam edirəcəklərini bildiriblər. Müxalifə isə xalqa səslənərək fasiləsiz aksiyalara çağırıb.






Elnarə
AzNews.az