Gülər Əhmədova son söz deyəcək
25 Noyabr 2013 08:30 (UTC+04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəməsi davam edəcək.
Bu gün prosesdə G.Əhmədovasya hökm oxunacağı gözlənilir.
Bundan əvvəl isə müdafiə tərəfi çıxış edəcək və G.əhmədovanın da son söz söyləyəcəyi istisna edilmir.
Qeyd edək ki, prokuror Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən G.Əhmədovaya 4 il həbs istəyib.
Elnur
AzNews.az