Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi

25 Noyabr 2013 12:19 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.

Baş katib Ekmələddin İhsanoğlu yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. O, İslam Əməkdaşlıq Təşkilatını təmsil edən böyük müşahidə missiyasının seçkilərin azad, şəffaf və demokratik şəraitdə keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biri olduğunu vurğulayan Ekmələddin İhsanoğlu təşkilatın layihələrinə Azərbaycanın verdiyi dəstəyin önəmini qeyd edib.

Görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminlik ifadə olunub.

AzNews.az