Daha bir AzTV əməkdaşı İTV-də rəhbərliyə gətirildi
25 Noyabr 2013 14:00 (UTC+04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. İTV-nin mətbuat xidmətindən verilən məlumata görə, İctimai Radioya proqram direktoru təyin edilib.
Bundan sonra ictimai radiodakı proqramlara Aygül Məmmədova rəhbərlik edəcək.
A. Məmmədova bundan öncə AzTV-də çalışıb.
Bundan başqa, İctimai televiziyanın sabiq proqram direktoru Fuad Vəlixanov İTV-də məsləhətçi vəzifəsinə təyin olunub: "Fuad müəllimin peşəkarlığını, işgüzarlığını nəzərə alaraq, rəhbərlik belə qərara gəldi ki o TV-də məsləhətçi kimi fəaliyyət göstərsin. Fuad Vəlixanov öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu".(lent.az)