Polislər aksiya keçirib maaşlarını artırdılar

25 Noyabr 2013 16:50 (UTC+04:00)

Portuqaliyada polislər etiraz aksiyası keçirib.

AzNews.az-ın xarici mətbuatına istinadən verdiyi xəbərə görə, Parlament qarşısında barrikada quraraq həmkarlarının irəliləməsinə mane olan polislər xeyli əziyyət çəkməli olublar.

Polislər arasında qarşıdurma çıxmaması üçün hadisə yerinə gələn yüksək rütbəli polislər etiraz edənlərin bir barrikada irəliləməsinə icazə verib.

Şüarlar səsləndirən polislər bahalıq səbəbi ilə vəzifələrini yerinə gətirmədiklərini vurğulayaraq hökumətin bu drama son qoymasını tələb ediblər.

Bəzi polislər milli himni söyləyiblər. Portuqaliyadakı bütün təhlükəsizlik orqanlarının dəstək verdiyi etiraz aksiyası olaysız sona çatıb.Bu insidentdən sonra Portuqaliya hökuməti Daxili İşlər Nazirliyinə təlimat verərək polislərin maaşlarının artırılmasını tapşırıb.

Rəhim Qədirov
AzNews.az