Saxlanılan diplomatla bağlı Rəsmi məlumat

25 Noyabr 2013 16:55 (UTC+04:00)
İran İslam Respublikası səfirliyinin Mədəniyyət Mərkəzinin maliyyə işləri üzrə məsul şəxs Əhməd Əhmədzadə Azərbaycanın Xarici İşlər Nazirliyinin tələbi ilə və viza müddətinin sona çatması səbəbindən noyabrın 21-də Bakıdan Tehrana qayıdıb.

Bunu jurnalistlərə İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin mətbuat şöbəsinin müdiri Seyid Muhəmməd Ayətullahi səfirliyin əməkdaşı Əhməd Əhmədzadənin ölkədən çıxarılması ilə əlaqədar deyib.

Onun sözlərinə görə, noyabrın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qeydiyyat müddətinin bitməsi səbəbilə saxlanılıb.

Bu hadisədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi ilə aparılan danışıqlar nəticəsində və bu nazirliyin səylərindən sonra Əhmədzadə saxlanılandan təxminən 1 saat sonra azad edilib.

AzNews.az