Kanalda batan uşağın cəsədi tapılıb

25 Noyabr 2013 22:12 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir uşaq kanala düşüb.
Dərhal nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib. Xilasedicilər 2000-ci il təvəllüdlü Rzazadə Ərəb Əflatun oğlunun cəsədini batdığı yerdən taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az