Gəncədəki tramvay belə olacaq - Fotolar

26 Noyabr 2013 09:59 (UTC+04:00)
AzNews.az day.az-a istinadən xəbər verir ki, bu günlərdə Gəncədə çəkiləcək tramvay xətlərinin təqdimatı olub. Tramvayın uzunluğu 25 metr, eni 2,2 metr, çəkisi isə 23 tondur. Maksimal sürəti 70 saat/km-dir.

Məlumat üçün bildirək ki, tramvay xəttinin çəkilişinə 2014-cü ildən başlanacaq. Tramvay üçün dəmir yolu xəttinin uzunluğu 6,5 km təşkil edəcək (Dəmir yolu vağzalından başlayacaq, xəstəxana kompleksinə qədər davam edəcək).


AzNews.az