“Vaqif Hacıbəyli ziyalıdırsa, onda mən kralam” – Qarşı tərəf

26 Noyabr 2013 12:04 (UTC+04:00)
Müxalifət düşərgəsində funksionerlər arasında yaşanan gərginlik artır.

AzNew.az-ın məlumatına görə, son günlər Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin Milli Şuranın sədri Rüstəm İbrahimbəyova və onun qurumdakı tərəfdarlarına yönələn tənqidi fikirləri isə vəziyyəti bir qədər də gərginləşdirib.

"El" Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev AzNew.az-a açıqlamasında V. Hacıbəylini mövqeyinə və fikirlərinə görə sərt tənqid edib: "Vaqif Hacıbəylinin bu səviyyəsi, təfəkkürü, leksikonu və bu sayaq mülahizələri ziyalılığa uyğundursa, onda mən ən azından İspaniya kralıyam. İndi bütün dostlara və qeyri dostlara bir sual ünvanlayıram: Görəsən, adamın başının yekə olması onun ağıllı olmasına dəlalət edirmi? Edirsə, onda o adamın harada oldu, ağzına və ağlına nə gəldi deməyə ixtiyarı varmı və bu, ağız ishalı sayılmırmı? Sonuncu cümlələri Vaqif Hacıbəyliyə şamil etmirəm. Çünki qətiyyən onun səviyyəsinə düşmək fikrində deyiləm. Heç, Əhrara "Ar" da demirəm. İyi günlər! ("Yeni Müsavat" iddia elədikləri kimi, həqiqətən obyektivdisə qoy mənim cavab haqqımı tanısın)"

Bahar Rüstəmli
AzNew.az